Keçid linkləri

2026, 09 İyul, cümə axşamı, Bakı vaxtı 16:42

«Titanik»dən xilas olan erməninin tarixçəsi [Video/Foto]

Batan Titanikin arxiv görüntüləri
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Batan Titanikin arxiv görüntüləri

​Osmanlı İmperiyası dövründə Türkiyədən qaçan 20 yaşlı erməni Neshan Krekorian əvvəlcə Avropaya, ordan da yaxşı həyat dalınca Kanadaya getmək istəyir.

Nəvəsi Van Solomonian deyir ki, 1912-ci ilin aprelində İngiltərədən Amerikaya yola çıxan «Titanik» gəmisinə üçüncü dərəcəli bilet alan 700 nəfərdən biri də onun babası Neshan Krekorian olub:

«Atası ona deyib ki, yeni həyat qurmaq üçün Kanadaya getsin. Ümid ediblər ki, gələcəkdə o, qardaşlarını da öz yanına apara biləcək. Babamın iki kiçik qardaşı olub. O, Türkiyədən qaçmış daha 4 erməni ilə birlikdə Fransaya gəlib. Oradan da tale babamı «Titanik»ə aparıb».

BİLETİN QİYMƏTİ AZI 1000 DOLLAR

Skandinaviya, Şərqi Avropa, Yaxın Şərqdən olan miqrantlar birhəftəlik Amerika yolçuluğu üçün üçüncü dərəcəli biletə indiki qiymətlə təxminən 1000 dollar ödəyiblər.

Aprelin 14-də gəmi Şimali Atlantikada ayberqlə toqquşana qədər hər şey qaydasında gedirmiş. Babası Solomonian'a danışırmış ki, hadisə baş verəndə gecə idi, onlar kart oynayırdılar:

«Onlar yenicə kart oynamağa başlayanda, gəminin titrədiyini hiss edib və bir səs eşidiblər. Nə baş verdiyini bilməyiblər. Üçüncü dərəcəli biletlə gedən sərnişinlərin problemi o idi ki, onları sanki bir qapalı yerə salmışdılar. O zaman qanunlar belə idi ki, üçüncü dərəcəli bileti olan sərnişinləri birinci və ikinci dərəcəli sərnişinlərdən ayrı saxlayırdılar».

Babam bir neçə kişi ilə yuxarı çıxan pilləkənin qarşısındakı qapıda zənciri qırıb qaçıblar. Onlar özlərini güclə gəmidən çıxan qayığa salaraq xilas ola biliblər.

Neshan Krekorian ailəsi ilə birlikdə

2200 NƏFƏRDƏN YALNIZ 700-Ü XİLAS OLA BİLİB

Amma gəmidəkilərin heç də hamısı Neshan Krekorian kimi şanslı olmayıb. Üçüncü dərəcəli bileti olanların hər 3 nəfərindən 2-si sadəcə yuxarı mərtəbəyə çıxa bilmədiyi üçün həlak olub. Gəmidə olan 2200 nəfərdən yalnız 700 nəfəri xilas olub. Onların da çoxu birinci və ikinci dərəcəli biletlərin sahibləridir.

Budan sonra Krekorian Kanadada məskunlaşır. O, «General Motors» şirkətinin yerli zavodunda fəhlə kimi işə düzəlir və atasının arzusunu yerinə yetirərək qardaşlarını da öz yanına aparır. Sonralar Krekorian həm də Kanadada ilk erməni kilsəsini quran adam olur.

Kanadada böyümüş Solomonian deyir ki, ingilis dilində az danışa bilən babasını sakit bir adam kimi xatırlayır. 89 yaşında vəfat edib. O, «Titanik»də başına gələnlərdən çox nadir hallarda danışırmış. Mindiyi sonuncu gəmi də elə «Titanik» olub. Krekorian həyatının qalan hissəsində bir dəfə də gəmiyə minməyib.

Titanik - şəfqət və fəlakət şəkilləri

1911-ci il 31 may. İralndiyada Titanik Laqan çayına buraxılmaq üçün hazırlanır. 
1/14 1911-ci il 31 may. İralndiyada Titanik Laqan çayına buraxılmaq üçün hazırlanır. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
1911-ci il 31 may. İralndiyada Titanik Laqan çayına buraxılmaq üçün hazırlanır. 
2/14 1911-ci il 31 may. İralndiyada Titanik Laqan çayına buraxılmaq üçün hazırlanır. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Çayda gəminin başqa hissələri quraşdırılır. 
3/14 Çayda gəminin başqa hissələri quraşdırılır. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
1912-ci il 10 aprel. İngiltərədə sahildən təzə uzaqlaşan Titanik. 
4/14 1912-ci il 10 aprel. İngiltərədə sahildən təzə uzaqlaşan Titanik. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Titanikin Nyu-Yorka qəza siqnalı verdiyinə dair sənəd. 
5/14 Titanikin Nyu-Yorka qəza siqnalı verdiyinə dair sənəd. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Gəmidə olan 2 224 nəfərdən 1 514 nəfəri həlak oldu.
6/14 Gəmidə olan 2 224 nəfərdən 1 514 nəfəri həlak oldu.
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Aprelin 15-də Titanikdən ayrılan bəzi qayıqlar yaxındakı Carpathia gəmisinə gedir. 
7/14 Aprelin 15-də Titanikdən ayrılan bəzi qayıqlar yaxındakı Carpathia gəmisinə gedir. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Londonda Titanikə sahibi olan White Star Line şirkətinin qarşısında xəbər gözləyənlər. 
8/14 Londonda Titanikə sahibi olan White Star Line şirkətinin qarşısında xəbər gözləyənlər. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Aprelin 15-də Titanikdən ayrılan bəzi qayıqlar yaxındakı Carpathia gəmisinə gedir. 
9/14 Aprelin 15-də Titanikdən ayrılan bəzi qayıqlar yaxındakı Carpathia gəmisinə gedir. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Carpathia gəmisində xilas edilənlər.
10/14 Carpathia gəmisində xilas edilənlər.
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Aprelin 18-də Carpathia gəmisində xilas edilənləri gözləyən Nyu-York sakinləri. 
11/14 Aprelin 18-də Carpathia gəmisində xilas edilənləri gözləyən Nyu-York sakinləri. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Carpathia gəmisinə çatan sərnişinlər. 
12/14 Carpathia gəmisinə çatan sərnişinlər. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Edmond və Michel Navratil qardaşları ataları ilə birlikdə Titanikdə idilər. Ataları həlak olan və ingilis dilini bilməyən bu balacaları Fransada analarına çatdımağa xeyli vaxt lazım olub.
13/14 Edmond və Michel Navratil qardaşları ataları ilə birlikdə Titanikdə idilər. Ataları həlak olan və ingilis dilini bilməyən bu balacaları Fransada analarına çatdımağa xeyli vaxt lazım olub.
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Bu balaca oğlanlar bir də mayın 16-da Marseldə analarına qovuşa bildilər. 
14/14 Bu balaca oğlanlar bir də mayın 16-da Marseldə analarına qovuşa bildilər. 
White Star Line şirkəti sahibi olduğu Titaniki praktiki olaraq batması mümkün olmayan bir gəmi kimi təsvir edirdi. 1912-ci il aprelin 10-da İngiltərədən çıxan gəmi Nyu-Yorka səmt almışdı. Amma aprelin 14-də Şimali Atlantikada bir buz dağına dəyib batdı. Özüylə də 1 514 nəfərin həyatını apardı.
Öncəki slayd
Növbəti slayd
This item is part of
XS
SM
MD
LG