Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 10:01

Ermənistanda Azərbaycan filmləri festivalı ləğv olundu


Ermənistanın Gümri şəhərində Azərbaycan filmlərinin festivalı ictimai etirazlardan sonra ləğv olunub.
Festival aprelin 12-də açılmalı idi.

Festivalı Ermənistanda yerləşən Sülh Yaratma Təşəbbüsləri Qafqaz Mərkəzi və ABŞ, Britaniya səfirlikləri təşkil edirdi.
Mərkəzin sədri Giorgi Vanyana yalnız festivalın ləğv olunduğunu elan edəndən sonra festival keçirilən yeri tərk etməyə imkan verilib.

Festivalda 2007-2008-ci illərdə Azərbaycanda çəkilmiş 4 qısametrajlı film göstərilməli idi.
XS
SM
MD
LG