Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

NATO Rusiyadan istifadə edəcək


Vladimir Putin NATO-nun Əfqanıstanda öz missiyasını həyata keçirməsi üçün Rusiya aeroportundan mərkəz kimi istifadə etməsinə dəstəyini ifadə edib.

Aprelin 11-də Putin deyib ki, baxmayaraq ki, o NATO-nu “soyuq müharibəyə qayıdış” kimi qiymətləndirir, amma qərb hərbi alyansı “qlobal siyasətdə stabilizator” rolunu oynamalıdır.

NATO Volqa üzərindəki Ulyanovsk şəhərindəki aeroportdan istifadə etmək üçün icazə istəyib. Putin buna cavab olaraq bildirib ki, bu xahişə müsbət cavab vermək Rusiyanın milli marağındadır, çünki Əfqanıstandakı qeyri-stabillik narkotikin və ekstremist islamın yayılmasına yol aça bilər.

Dünən Ulyanovskda NATO qüvvələrinin aeroportdan mərkəz kimi istifadəsinə etiraz olaraq çadır düşərgələr qurulmuşdu. Düşərgə aprelin 7-dən 800-dən çox etirazçının şəhərə toplaşması ilə təşkil olunmuşdu. Polis etirazçıları dağıdıb.
XS
SM
MD
LG