Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:31

ATƏT-in Bakı ofisi polislərə təlim keçəcək


ATƏT-in Bakı ofisi tərəfindən polis və Daxili Qoşunlar üçün kütləvi tədbirlərin ATƏT qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara uyğun idarə edilməsi ilə bağlı təlim təşkil olunacaq. Təlimlər aprelin 16-dan 27-nə qədər keçiriləcək.

Təlim kütləvi qarışıqlıqların qarşısının alınması zamanı qeyri-zorakı metodlardan istifadə edilməsinə yönəlib.

Təlimi Almaniyanın Şlezviq-Qolşteyn əyalətindən gələn polislər keçirəcək.

Təlimə nəzəri və praktik məşğələlər də daxildir.
XS
SM
MD
LG