Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 15:43

Moskvada azərbaycanlı dini xadim öldürülüb


Mətin Mehdiyev
Mətin Mehdiyev
Moskvada azərbaycanlı dini xadim Mətin Mehdiyev oğurluq məqsədilə öldürülüb.
İstintaqın gəldiyi ilkin nəticədə belə deyilir.

Araşdırma zamanı onun mobil telefonu, cibindəki pul və qaldığı mənzilin açarlarının oğurlandığı bəlli olub.

İstintaq başqa versiyaları da nəzərdən keçirir.

Qohumları və dostları qətlin millətçilik zəmnində törədilməsini istisna etmirmər.

Azərbaycan vətəndaşı olan 33 yaşlı Mətin Mehdiyevin cəsədi çoxsaylı bıcaq yarasıyla çərşənbə gününə keçən gecə aşkar edilib.

O 2011-ci ilin mayınadək Rusiyadakı İslam Mədəniyyət Mərkəzində çalışıb.
XS
SM
MD
LG