Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Şimali Koreya fəzaya buraxacağı raketə yanacaq vurur


Şimali Koreya fəzaya buraxacağı ballistik raketə yanacaq vurmağa başlayıb.

Bu barədə jurnalistlərə Şimali Koreya kosmik uçuşlara nəzarət mərkəzinin rəhbəri məlumat verib.

Bu raketlə yaxın günlərdə fəzaya peyk göndərilməlidir.

ABŞ Dövlət katibi Hillary Clinton Şimali Koreyanı bu plandan dönməyə çağırıb və bildirib ki, bu regional təhlükəsizliyiə ciddi əngəl ola bilər.

O qeyd edib ki, əgər Şimali Koreya öz planından dönməsə Vaşinqton BMT-də lazımi addımlar atacaq.

ABŞ,Yaponiya və Cənubi Koreya hesab edirlər ki, bu nüvə başlığı daşıya bilən ballistik raketin sınağı ola bilır.
XS
SM
MD
LG