Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:39

Putin hesabat verir


Rusiyanın baş naziri Vladimir Putin sabit iqtisadiyyat və əhalinin artımını hökumətin başlıca nailiyyəti hesab edir.

Amma baş nazir qeyd edib ki, ölkədə minimum əmək haqqını müəyyən etmək və minumum yaşayış həddini daha ədalətli etmək üçün mexanizm olmalıdır.

O bunu Dövlət Dumasında hökumətin işiylə bağlı hesabat verərkən deyib.

Vladimir Putin həmçinin müxtəlif siyasi qüvvələri ölkənin inkişafı naminə birləşməyə çağırıb.

Məlumatlara görə bu gün səhər Dumanın ətrafında ağ lentlərlə “Flaş-mob” keçirmək istəyən müxalifət fəalları saxlanıb.

Sol cəbhə hərəkatının koordinatoru Sergey Udaltsov da saxlananlar arasındadır.
XS
SM
MD
LG