Keçid linkləri

2025, 11 İyul, Cümə, Bakı vaxtı 03:27

İranın London-2012 Olimpiadasının saytını blok etdiyi bildirilir


İranın 2012 London Olimpiadasının rəsmi veb-saytını bloklaşdırdığı güman edilir.

Bəzi İran vətəndaşları sosial media şəbəkələrində şikayətlənirlər ki, London2012.com saytına heç cür girə bilmirlər. Bu ünvanın əvəzinə yerli hakimiyyət orqanlarının xəbər xidmətlərinin səhifəsinə yönləndirmə olur.

Şikayətlərə heç bir rəsmi münasibət bildirilməyib.

İran dünyada İnternet senzurasını tətbiq edən ölkələrdən sayılır.
XS
SM
MD
LG