Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

Pakistanın şimalında 100-dən çox əsgər uçquna düşüb


Pakistanın şimalında uçquna düşmüş hərbçilərin axtarışı davam edir.

Qar uçqunu bu gün sübh tezdən 100-dən çox əsgərin olduğu hərbi düşərkəni basıb.

Faciə Himalay silsiləsinin bir hissəsi olan

Karakorum dağındakı Siacen buzlaqlığının yaxınlığında baş verib.

Bu ərazi Hindistanla Pakistan arasındakı mübahisəli Kəşmir əyalətində yerləşir.

Bu əyalətə görə iki ölkə arasında bir neçə dəfə müharibə olub.

Siacen dünyanın ən hündür münaqişə bölgəsidir.

Bu ərazi dəniz səviyyəsindən 6 min metrdən də çox hündürdədir.
XS
SM
MD
LG