Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:17

Gəncədə MTN-nin zabiti həlak olub, partlayıcı qurğu zərərsizləşdirilib


Ötən gecə saat 04.00 radələrində Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, üçü yaralanıb. Həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin zabiti, polkovnik-leytenant Elşad Quliyevdir.

Qarşı tərəfdən isə 1 nəfər ölüb, iki nəfər yaralanıb.

Ölən yaraqlının meyiti üzərində partlayıcı olduğundan hadisə yerinə mütəxəssislər çağırılıb. Hadisə yerinə gələn mütəxəssislərin səyi nəticəsində partlayıcı qurğu zərərsizləşdirilib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında Gəncədə nazirlik tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Əməliyyat tədbirləri davam etdiyindən, əlavə məlumat verilməyib.
XS
SM
MD
LG