Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:50

Azərbaycanda pulsuz qəzet nəşr etməyə başladılar


Aprelin 6-dan Azərbaycanın media məkanına yeni qəzet daxil olur. Bu qəzet pulsuz olacaq.
Qəzetin baş redaktoru Tofiq Abbasov «New Baku Post»un biznes-layihə olduğunu və reklamlar hesabına ayaqda qalmağı düşündüklərini bildirir.

Azərbaycan və rus dillərinə çap olunan, 24 səhifəlik «New Baku Post» qəzetinin təsisçisi Tural Əliyev, baş redaktoru Tofiq Abbasov, rus bölməsinin baş redaktoru isə Kənan Quluzadədir.

Tofiq Abbasovun Ans Press-ə verdiyi məlumata görə, hər həftənin cümə günü işıq üzü görəcək nəşr bir çox baxımdan Azərbaycan media məkanına yeniliklər gətirəcək.
Tirajı 10 min olan qəzetin oxuculara pulsuz paylanması yeniliklərdən yalnız biridir.

«New Baku Post» qəzeti ali məktəblər, müxtəlif nazirliklər, biznes mərkəzləri, iri supermarketlər də daxil olmaqla Bakının 50-yə yaxın nöqtəsində paylanır.
Qəzeti yaratmaqda əsas məqsəd redaktorun fikrincə, Azərbaycanda yeni sözün deyilməsidir.

«Biz bilirik ki, hazırda gənc nəsil qəzet oxumağa bir o qədər də meyl östərmir. Buna görə də «New Baku Post» qəzetini yaratmaqla biz cəmiyyətdə yeni dialoq meydanı yaratmaq istəyirik. Biz bu qəzeti ümumxalq qəzeti formasında görürük.

«New Baku Post» qəzetində ictimai proseslərə, siyasi məqamlara, sosial problemlərə, idmana, humanitar sahəyə bir sözlə, ümumilikdə bütün sahələrə yer ayrılacaq», - deyə Tofiq Abbasov bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG