Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

Alman alim Bakı Slavyan Universitetində konsert verəcək


Aprelin 6-da Almaniyadan gələn folklorçu alim və folklor nümunələrinin mahir ifaçısı Eberhard fon Kummerin Bakı Slavyan Universitetində konserti olacaq. İfaçı «Nibelunqlar nəğməsi» dastanınından seçmələr söyləyəcək.

Xəbəri BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev AzadlıqRadiosuna verib.

Xatırladaq ki, Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Qutenberq Universiteti – Mayns və «Osvald fon Volkenştayn Cəmiyyəti» arasında 2008-ci ildə imzalanmış müqaviləyə əsasən «Kitabi-Dədə Qorqud» və «Nibelunqlar haqqında nəğmə»: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihə həyata keçirilir.

Layihənin 10 il müddətində hayata keçirilməsi və bu məqsədlə iki ildə bir dəfə Azərbaycanda va Almaniyada eposların ən müxtəlif aspektlərini əhatə edən beş simpoziumun təşkili nəzərdə tutulub.
XS
SM
MD
LG