Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 18:27

Atəşkəs öncəsi Suriya rejimi müxaliflərə qarşı geniş hücuma keçib


Suriya ordusu aprelin 5-də Dəməşqin müxaliflər yaşayan qəsəbələrini artilleriya və snayperlərlə atəşə tutublar. Gün ərzində bütün Suriya boyu ordunun etirazçılara qarşı təmizləmə əməliyyatları da davam etdirilib.

Aprelin 10-da Annan planına əsasən atəşkəsin qüvvə minməsi öncəsi müxaliflərə qarşı xüsusilə şiddətlənib. Son 24 saat ərzində 1000 nəfər təkcə Türkiyəyə, minlərlə adam isə İordaniyaya qaçıb.

Artıq bir ildən çoxdur Suriyada hökumət əleyhdarlarına qarşı aparılan əməliyyatlarda 10 minə yaxın etirazçı öldürülüb.
XS
SM
MD
LG