Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:16

Çexiya prezidenti Qarabağ məsələsində Bakını başa düşdüyünü deyir [VIDEO]


Çexiya və Azərbaycan prezidentlərinin görüşü
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00
Direct-ə keçid

Çexiya və Azərbaycan prezidentlərinin görüşü

Çex Respublikasının prezidenti Vaclav Klaus bildirir ki, əgər onun ölkəsinin də bir hissəsi işğal altında olsaydı, o da buna dözməzdi. Buna görə də Azərbaycanın Qarabağ məsələsində mövqeyini daha yaxşı anlayır:

- Mən bu məsələsi açıq bəyan edirəm ki, Azərbaycanı yaxşı başa düşürəm. Mən də ölkəmin bir hissəsinin işğal altında olması ilə barışa bilməzdim. Amma əfsus ki, mən bu məsələnin hansısa möcüzəli şəkildə həlli yolunu təklif edə bilmərəm.

Bunu Çex Respublikasının prezidenti Vaclav Klaus aprelin 5-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra dövlət başçılarının birgə mətbuat konfransında söylədi.

Konfransdan əvvəl isə iki ölkənin hökumət rəsmiləri arasında turizm, mədəniyyət, muzeylər və kitabxanalar arasında əməkdaşlığa dair dörd sənəd imzalandı.

Mətbuat konfransında məlumat verildi ki, prezidentlər ölkələri arasında iqtisadi əməkdaşlığın vəziyyətini də müzakirə ediblər.

Çex Respublikasının prezidenti bildirdi ki, onun ölkəsi hazırda neftə tələbatının 25 faizini Azərbaycandan alır.

Azərbaycan prezidenti İlham Əliyev isə əlavə etdi ki, danışıqlarda Azərbaycanda infrastruktur layihələrinin icrasına çex şirkətlərinin də cəlb edilməsi müzakirə olunub və Bakı onlara hər cür şəraiti yaratmağa hazırdır.

Çex jurnalistlərin Suriya mövzusunda suallarına cavabında Azərbaycan prezidenti bildirdi ki, Bakı bu məsələdə Kofi Annanın planına tam dəstək verir:

- Azərbaycan Suriya ilə bağlı Annan planını müdafiə edir. BMT TƏhlükəsizlik Şurasında da bu mövqeni müdafiə edirik.

Ümid edirik ki, vəziyyət tezliklə tənzimlənəcək, günahsız adamların öldürülməsinin qarşısı alınacaq.

Azərbaycan prezidentinin Çex Respublikasına rəsmi səfəri bu gün başa çatır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG