Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:33

Azərbaycan və Çexiya arasında bir neçə sənəd imzalanıb


Mayın 17-də prezident İlham Əliyev və Prezident Vatslav Klausun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatandan sonra Azərbaycan-Çexiya sənədlərinin imzalanması mərasimi keçirilib.

İmzalanan sənədlər standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, hökumətlər arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş və iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərdir.
XS
SM
MD
LG