Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

Bütün məmurlar Vahid İqtisadi Məkanda istehsal olunan maşınlarda gəzməli olacaq


Rusiyanın baş naziri Vladimir Putin bütün məmurların Vahid İqtisadi Məkan (VƏM) ölkələrində istehsal olunmuş avtomobillərdən istifadə etməli olduğunu bəyan edib.

Rusiyanın RBK televiziya kanlaının məlumatına görə, Putin bunu Rusiyada avtomobil istehsalına həsr olunmuş müşavirədə bildirib.

Baş nazir qeyd edib ki, milli avtomobil sənayesinin dəstəklənməsi məqsədilə qəbul olunan yeni qayda 2013-cü ildən qüvvəyə minəcək: “Hesab edirəm ki, bütün dövlət və bələdiyyə orqanları, federal büdcədən maliyyələşən sifarişçi və müəssisələr gələn ildən yalnız Rusiya, Qazaxıstan və Belarusda istehsal olunmuş avtomobil texnikasını almalıdır. Təbii ki, zəruri texnika VƏM ərazisində istehsal olunmursa, bu halda istisnalar olacaq”.

V.Putin deyib ki, bu norma Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına zidd deyil: “Rusiyanın ÜTT-yə üzv olması ilə bağlı danışıqlar zamanı belə razılıq əldə olunub ki, ölkənin dövlət sifarişləri zamanı daxili qaydalar əsas götürüləcək”.
XS
SM
MD
LG