Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:40

Azərbaycanın orta məktəblərində yenilik tətbiq ediləcək


Azərbaycanın orta məktəblərində dərslərin müəyyən hissəsinin, xüsusilə tarix dərsinin tarixi məkanlarda, qoruq və muzeylərdə keçirilməsi üçün tədbirlər planı hazırlanacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, bu tədbirlər planı təhsil və mədəniyyət və turizm nazirləri tərəfindən birgə imzalandıqdan sonra tarix və digər humanitar fənlərin tarixi məkanlarda tədrisi həyata keçiriləcək.

Mərdanov deyib ki, bu işin yalnız Bakıda deyil, ölkənin digər yerlərində də keçirilməsinə üstünlük verilməlidir. Nazir hesab edir, bu dərslərin tarixi məkanlarda keçirilməsi şagirdin yaddaşını gücləndirəcək.

«Bir var kitab oxuyasan, bir də var Qobustan, İçərişəhər və digər tarixi məkanlarda olasan. Əlbəttə gözlə görmək oxumaqdan daha yaxşıdır», - Mərdanov əlavə edib.
XS
SM
MD
LG