Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində aparılan monitorinqin ilkin nəticələri açıqlanıb.
Nazirliyin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev aprelin 2-də Trend-ə deyib ki, qoruqdakı dağın zirvəsində 14 hektara yaxın düzən bir sahənin cənub-şərq hissəsində uzunluğu 150-180, eni 2 metrə qədər, görünən dərinliyi 10-30 metr olan qırılma xətləri var.
«Dünən Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə əraziyə getdik. Orada kiçik daş dağının zirvəsi boyunca çatlar var. Ərazi geoloji cəhətdən mürəkkəbdir. Əraziyə yaxın olan oxşar strukturlarda çatların yaranması, çatların güclü inkişaf etməsi kimi problemlər olub», - baş mühəndis əlavə edib.
Niftiyev bildirib ki, ərazidə görünən qalınlığı 30 metrə qədər olan əhəng daşı layı var. Bu, həmin dağın üzərini örtür. Həmin əhəng daşı da qırılmalar vasitəsilə müxtəlif ölçülü qaymalara parçalanıb. Bir qırılma isə dağın çənub-şərq istiqamətindən başlayır və şimal-qərb istiqamətinə qədər bütün hissəni kəsib keçir. Bundan başqa, həmin dağın yamacında, aşağı hissələrində sürüşməyə bənzər-pilləli qayma axını müşahidə edilir.
Onun sözlərinə görə, bu fəsadları aradan qaldırmaq üçün ərazidəki əhəng daşı qaymalarının asılı vəziyyətə gəlmiş hissələrinin ərazidən kənarlaşdırılması təklif edilib. Ərazidəki proseslərin qarşısını almaq üçün Nazirlər Kabinetinə təqdim edilmiş tədbirlər planında o da təklif edilib ki, dağın yamacı boyu - qırılma xəttini keçən hissənin təsir dairəsində metal torlarla uçqun töküntü proseslərinin qarşısı alınsın. Eyni zamanda, təklif edilib ki, qoruq ərazisində baş verən bu geoloji proseslərin miqyasını öyrənmək və bununla əlaqədar müşahidələr aparmaq üçün müvafiq təşkilat tərəfindən mühəndisi geoloji tədqiqatlar aparılsın.
Qobustanda ilk dəfə belə hadisənin baş verdiyini deyən Niftiyev bildirib ki, əhəng daşının qaymalara parçalanması həmin ərazidə küləyin deflyasiyası, atmosfer çöküntülərinin təsiri, temperaturun gecə və gündüz fərqlənməsi nəticəsində baş verir. Əhəng daşlarının özlərinin parçalanması müşahidə oluna bilən təbii prosesdir, amma çatın əmələ gəlmə səbəbləri qoruqdakı hər üç zirvədə araşdırılmalıdır.