Münsiflər bu şeirləri "Ədəbi Azadlıq-2012" müsabiqəsinə qatılmış 149 müəllifin əsəri arasından seçib fərqləndirib, amma 20-liyə düşmək üçün balı kifayət etməyib.
Süleyman İsmayıl
Ovcumda isinən əllər
görən harda isinərlər?..
***
Nə qəfil əsdi bu rüzgar,
Qızılı payızım getdi!
Gəldi qar, öldü yarpaqlar,
Hamısı, hamısı getdi...
Ovcumda isinən əllər
Görən harda isinərlər?..
O vədələr, o sənələr
Hamısı, hamısı getdi.
Deyəcəyim sözlər vardı,
Öpəcəyim gözlər vardı,
Örtəcəyim izlər vardı,
Hamısı, hamısı getdi.
Sayğılarım – sayılmamış,
Yuxularım – ayılmamış, ,
Duyğularım – duyulmamış, –
Hamısı, hamısı getdi!..
***
Nə ki, uçmalıydı, uçdu əlimdən,
Nə ki, olmalıydı, hamısı oldu.
Yağışlı bir gündə ovcum –Yer üzü,
Gözlərim bir payız səması oldu.
Ovcuma aramsız yağdı yağışlar,
Ovcuma bir bulud qatarı endi.
Yağışlı havalar – sən ki bilirsən,
Ayrılıq gətirən, qəm gətirəndir.
Dördnala çaparaq gəlir günlərim,
Aylarım, illərim yel qanadında.
Gözümün önündə ölür günlərim,
Gözümün önündə – qol saatımda...
Süleyman İsmayıl
Ovcumda isinən əllər
görən harda isinərlər?..
***
Nə qəfil əsdi bu rüzgar,
Qızılı payızım getdi!
Gəldi qar, öldü yarpaqlar,
Hamısı, hamısı getdi...
Ovcumda isinən əllər
Görən harda isinərlər?..
O vədələr, o sənələr
Hamısı, hamısı getdi.
Deyəcəyim sözlər vardı,
Öpəcəyim gözlər vardı,
Örtəcəyim izlər vardı,
Hamısı, hamısı getdi.
Sayğılarım – sayılmamış,
Yuxularım – ayılmamış, ,
Duyğularım – duyulmamış, –
Hamısı, hamısı getdi!..
***
Nə ki, uçmalıydı, uçdu əlimdən,
Nə ki, olmalıydı, hamısı oldu.
Yağışlı bir gündə ovcum –Yer üzü,
Gözlərim bir payız səması oldu.
Ovcuma aramsız yağdı yağışlar,
Ovcuma bir bulud qatarı endi.
Yağışlı havalar – sən ki bilirsən,
Ayrılıq gətirən, qəm gətirəndir.
Dördnala çaparaq gəlir günlərim,
Aylarım, illərim yel qanadında.
Gözümün önündə ölür günlərim,
Gözümün önündə – qol saatımda...