Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:54

Son 3 ayda Pakistanda 140 mindən çox adam evini tərk etməli olub


Son 3 ayda Pakistanın şimal-şərqində 140 mindən çox yerli sakin evini tək etməli olub.

Bu barədə BMT-nin qaçqınlar üzrə idarəsi xəbər verir.

Hazırda bu bölgədə hökumət qüvvələrilə yaraqlılar arasında döyüş gedir.

Qaçqınlar Peşəvar şəhərinin ətrafındakı Calozay düşərgəsində məskunlaşıb.

Son illər Pakistanda baş verən təbii fəlakətlər və hərbi əməliyyatlar görə 10 milyona yaxın adam ev-eşiyini tərk etməli olub.
XS
SM
MD
LG