Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15

ABŞ İrana qarşı sanksiyaları kəskinləşdirir


Birləşmiş Ştatlar İran neftinin ixracıyla bağlı olan xarici bank və şirkətlərə qarşı yeni sanksiya tətbiq edib.

Prezidenti Barack Obamanın yaydığı bəyanatda deyilir ki, hazırda dünya bazarında neft qıtlığı olmadığından bundan ABŞ-ın müttəfiqlərinə ziyan dəyməməlidir və İrandan neft alınmasından tam imtina da etmək olar.

Artıq Avropa Birliyi ölkələrilə Yaponiya İrandan neft alınmasını dayandırıb.

Həmçinin Birləşmiş Ştatlar Cənubi Koreya, Çin, Hindistan və Türkiyə kimi ölkələrdən
İrandan neft idxalının azaldılmasını gözləyir.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG