Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

Yaponiyada 132 nəfər edamını gözləyir


Yaponiyanın ədliyyə naziri Toshio Ogawa martın 29-da deyib ki, 3 nəfər barəsində çıxarılmış ölüm hökmü yerinə yetirilib.

Edama məhkum olanların hər üçü çoxsaylı qətllərdə ittiham olunurdu. Dustaqlar müxtəlif həbsxanalarda edam edilib.

Ogawanın dediyinə görə, bu cəza ictimaiyyət tərəfindən dəstəklənir. O, ölüm cəzası verilənlərin adlarını açıqlamayıb.

Nazir bildirib ki, Yaponiyada daha 132 nəfər ölüm cəzasının icrasını gözləyir.

Yaponiyada sonuncu edam cəzası 2010-cu ildə həyata keçirilib.
XS
SM
MD
LG