Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 17:13

Arif Hacılı ilə bağlı müraciət geri qaytarıldı


Martın 27-də Suraxanı rayon məhkəməsi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti geri qaytarılıb.

Arif Hacılının vəkili Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, müraciətin geri qaytarılmasına səbəb sənədin müdafiə tərəfindən hazırlanması olub. Məhkəmə bildirib ki, müraciəti Arif Hacılı özü hazırlamalıdır.

Müdafiə tərəfi Arif Hacılının cəzasının üçdə birini çəkdiyi üçün azadlığa çıxması üçün məhkəməyə müraciət etmişdi.

Arif Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi aksiyasında saxlanıb.

O, Səbail rayon məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hazırda 16 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
XS
SM
MD
LG