Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Qadınları necə döymək lazımdır?


İspaniyada namazdan sonra moizəsində müsəlman kişilərə qadınları döyməyin dini qaydalarını öyrədən imamı məhkəməyə veriblər

İspaniyada imamlardan birini moizəsinə görə məhkəməyə veriblər. Onu qadınlara qarşı zorakılığa çağırışda günahlandırıblar.

İddiada bildirilir ki, Terrassada (Barselonanın vilayəti) fəaliyyət göstərən müsəlman icmasının dini lideri Sheikh Abdul-Salam Laaroussi öz çıxışında əməlli-başlı ayrıseçkiliyə yol verib. O, cinslərin bərabərliyi, həm də qadınların fiziki və mənəvi toxunulmazlıq prinsiplərini pozub.

Yerli polis nümayəndəsi imamın çıxışlarından birinin səsini yazıb. Bu yazıda dini lider Qurana istinad edərək müsəlman kişilərinə öz arvadları ilə “daha düzgün” münasibət qurmağı öyrədirmiş. İmam deyib ki, “əgər qadının tərbiyəsində başqa üsul işləmirsə, onda ən effektiv yollardan biri onu döyməkdir”.

İmam bir qədər də uzağa gedərək qadını necə döyməyin yollarını da öz dinləyicilərinə öyrədib: zərbələr elə olmalıdır ki, qadının sümükləri sınmasın, qanlamasın, həmçinin üzündən də vurmaq olmaz.

ReligionenLibertad agentliyi yazır ki, imam öz sözlərində 4-cü surənin 34-cü ayəsinə istinad edirmiş. Məlumatı şərh edən islamşünaslar bildiriblər ki, burdakı “daraba” sözü ərəbcədən “döymək” kimi yox, “fikir verməmək” kimi izah edilməlidir.

Məhkəmədə çıxış edən İslam üzrə ekspert də imamım sözlərinin dinə zidd olduğunu bildirib. İmamın özü prosesdə iştirakdan imtina edib. Günahı təsdiqlənsə, onu 1 ildən 3 ilədək həbs cəzası gözləyir.

Lakin Terrassa məscidinə gələnlər heç vaxt imamdan belə sözlər eşitmədiklərini deyiblər. Məscidə cümə namazlarında 1500 nəfər dindar toplaşır.

2004-cü ildə Fuengirola imamı da oxşar ittihamla üzləşmişdi. Məhkəmə qərarı ilə ona 15 ay həbs cəzası və 2160 avro cərimə kəsilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG