Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

Obama Şimali Koreyanı sanksiya ilə hədələyib


Seul, 26 Mart 2012
Seul, 26 Mart 2012
Əgər rəsmi Pxenyan Şimali Koreya raketinin kosmosa göndərilməsi planını dayandırmasa, sanksiyalarla üzləşə bilər.

Bunu ABŞ prezidenti Barack Obama Cənubi Koreyada tələbələr qarşısındakı çıxışında bildirib.

Martın 26-da Seulda nüvə sammiti işinə başlayır. Sammitdə 50-dən çox dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Bundan əvvəl Şimali Koreya bildirmişdi ki, apreldə kosmosa peykini göndərəcək.

İranın nüvə proqramı ilə bağlı isə Barack Obama bildirib ki, «bunu diplomatik yolla həll etmək üçün vaxt var, amma vaxtın azdır». Obama deyib ki, «İran ciddi şəkildə vəziyyətin tələb etdiyi cəldliklə hərəkət etməlidir».

Tehran bildirir ki, nüvə proqramı dinc məqsədlidir. Qərb isə nüvə proqramının təhlükəli olduğunu bildirərək İranı bundan imtina etməyə çağırır.
XS
SM
MD
LG