Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 13:17

Ban Kİ Moon Şimali Koreyanı balistik raket buraxmamağa çağırıb

BMT-nin baş katibi Ban Kİ Moon Şimali Koreyanı balistik raket buraxmaq planından daşınmağa çağırıb.

O bu barədə şənbə günü Seulda Cənubi Koreya prezidenti Lee Myung-bakla görüşdə bildirib.

Şimali Koreya bu ilin aprelində uzaq mənzilli balistik raketin köməyilə fəzaya peyk göndərməyi planlaşdırır.

Birləşmiş Ştatlarla Cənubi Koreya hesab edir ki, əsas məqsəd nüvə başlığı daşıyan balistik raketin sınağı ola bilər.

Bazar ertəsi Seulda nüvə təhlükəsizliyilə bağlı beynəlxalq sammit başlanır.
This item is part of
XS
SM
MD
LG