Martın 26-da müxalifət qüvvələrinin birləşdiyi İctimai Palatanın Koordinasiya Şurası 8 aprel mitinqinin keçirilmə yeri ilə bağlı qərar verəcək. Növbəti gün isə aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət edilməsi planlaşdırılır. Bu barədə AzadlıqRadiosuna İctimai Palatanın Koordinasiya Şurasının katibi, Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib:
“İctimai Palatann Koordinasiya Şurasının martın 26-da keçiriləcək yığıncağında mitinqin harada keçirilməsi müzakirə olunacaq və qərar veriləcək. Hadisələr bizim istəyimizcə getsə, (ayın 26-si iş günü olmadığı üçün) müraciət BŞİH-yə martın 27-də təqdim ediləcək”.
Gülağa Aslanlı deyir ki, budəfəki aksiyalarının tələbi vicdan məhbuslarının azad edilməsi, əmlak hüquqlarının təmin olunması, sovet dövrü əmanətlərinin bir rubla bir manat miqdarında qaytarılması və Qarabağın işğaldan azad edilməsidir.
Martın 25-də Müsavat Partiyasının Qərargahında İctimai Palatanın Sumqayıt Regional Təşkilatının təsis yığıncağı keçirilib. Bir gün əvvəl isə İctimai Palatanın Yasamal rayon Regional təşkilatının toplantısı olub. Bütün bu yığıncaqlarda İctimai Palatanın 8 aprel mitinqi müzakirə edilir.