Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:59

ABŞ Fələstinə 88 milyon dollar yardım ayırır


ABŞ Konqresi Fələstinə 88 milyon dollardan artıq yardım ayrılmasıyla bağlı qərar qəbul edib.

Bu vəsait səhiyyə və ərzaq təminatı sahəsindəki layihələrin həyata keçirilməsinə sərf olunacaq.

Qərar bundan əvvəl Fələstinə yardımın dondurulmasını tələb edən 2 Respublikaçı konqresmenin razılığından sonra əldə olunub.

Fələstin muxtar ərazilərinin rəsmiləri ötən ilin sentyabrında Fələstinin BMT-nin tam hüquqlu üzvü olmasıyla bağlı təşkilata müraciət etdikdən sonra bu yardım dondurulmuşdu.

Barack Obama hökuməti bu qərarı tənqid eləmişdi.
XS
SM
MD
LG