Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 19:38

Bakıda Mərakeş səfirliyinin əməkdaşının meyiti tapılıb


Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda mənzildə üç nəfərin meyitinin tapılması haqqında məlumat yayıb.

DİN-in rəsmi internet saytı bildirir ki, martın 22-də axşam saatlarında Nəsimi rayonu M. İbrahimov küçəsindəki evlərin birində kirayədə yaşayan Mərakeş vətəndaşı Duadeh El Boussalyin və 20-25 yaşlı 2 qadının üzərində zorakılıq əlamətləri görünməyən meyitləri tapılıb.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

Nəsimi Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, meyiti tapılan Duadeh El Boussalyin Mərakeşin Azərbaycandakı səfirliyinin əməkdaşıdır.
XS
SM
MD
LG