Keçid linkləri

2026, 22 May, cümə, Bakı vaxtı 00:26

Devrilmiş Mali prezidenti ABŞ səfirliyinə sığınıb

Malinin hərbi yolla devrilmiş prezidenti Amadu Tumani Ture ölkə paytaxtı Bamakodakı ABŞ səfirliyinə sığınıb.

Ölkənin sərhədləri bağlanıb, bütün təyyarə reysləri təxirə salınıb.

Şahidlər paytaxtda atışma səsləri eşidildiyini, bank və bütün şirkətlərin bağlandığını deyirlər.

Hərbçilər hakimiyyəti ölkənin şimalındakı üsyançı tuareq tayfasının öhtəsindən gələ bilməməkdə günahlandırırlar.

BMT-nin Təhlükəsizlik Şurası hər iki tərəfi sakitliyə və konstitusiya əməl etməyə çağırıb.
This item is part of
XS
SM
MD
LG