Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 19:51

Rusiyada hökumətin tərkibi baş nazirin təyinatından sonra elan ediləcək

Rusiya hökumətinin tərkibi Dövlət Dumasının baş naziri təsdiq etməsindən sonra elan ediləcək.

Bunu cümə axşamı jurnalistlərə prezidentin mətbuat katibi Natalya Timakova deyib.

O bildirib ki, Dimitri Medvedevlə Vladimir Putin hazırda kabinetin strukturu və kadr məsələlərini müzakirə edirlər.

Kütləvi informasiya vasitələri bundan əvvəl hökumətin tərkibinin mayın 7-si, prezidentin andiçmə marasimi gününədək elan ediləcəyini yazırdılar.
This item is part of
XS
SM
MD
LG