Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

V.Talıbov Estrada orkestrinin yaradılmasını əlamətdar hadisə sayır


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!


Şərq Qapısı
04.02.2012
Sayı: 23(20.428)
«HİLAL»IN MƏHSULLARI ÖLKƏMİZİN DİGƏR REGİONLARINDA DA SATIŞA ÇIXARILACAQ
Muxtar respublikada daxili bazarı yüksək keyfiyyətli yerli məhsullarla təmin edən müəssisələrdən biri də Naxçıvan şəhərində fəaliyyət göstərən «Hilala» ət - süd məhsulları emalı müəssisəsidir.
Müəssisənin rəhbəri Fikrət Əliyarovla söhbət zamanı dedi ki, 2000-ci ildə bina icarəyə götürüb fəaliyyət başladıq. Lakin uyğunlaşdırılmış binada fəaliyyət göstərən müəssisədə müasir istehsal sahələrinin yaradılması və əlavə işçi qüvvəsinin cəlb edilməsi imkanı məhdud olduğundan yeni binanın tikilməsinə zərurət yarandı...
Qeyd edək ki, müəssisəyə daxil olan ət laboratoriyada analiz olunduqdan sonra istehsala buraxılır. Bütün göstəriciləri ilə seçilən yerli məhsul artıq xaricdən idxal olunan keyfiyyətsiz məhsulları bazardan sıxışdırıb çıxarır. Elə, ayrı – ayrı ticarət şirkətlərindən alınan sifarişlər də dadı – tamı ilə seçilən bu yerli məhsula təlabatın çox olduğunu göstərir...
Bu il müəssisədə istehsal olunan məhsulların Azərbaycanın digər regionlarında da satışa çıxarılması planlaşdırılır.

NAXÇIVAN MUXTAR RESPUBLİKASI BƏSTƏKARLAR TƏŞKİLATININ FƏALİYYƏT ÜÇÜN HƏRTƏRƏFLİ ŞƏRAİT YARADILMIŞDIR
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı üçün də 3 iş otağı ayrılmış, 60 yerlik zal istifadəyə verilmişdir...
Bəstəkar Yaşar Xəlilov yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının ötən müddət ərzində uğurlu inkişaf yolu keçdiyini bildirmişdir...
Ali Məclisin sədri demişdir ki, hər bir ölkənin inkişafı üçün sabitlik, iqtisadi və mədəni yüksəliş əsas şərtdir. Bütün bu amillər muxtar respublikamızda vardır və bu, ümumi inkişafın əldə olunmasına şərait yaradır.
Sonda Estrada Orkestrinin ifaçıları yerli və xarici bəstəkarların mahnılarını məharətlə ifa etmişlər.
Orkestrin çıxışından sonra səhnə arxasına keçən Ali Məclisin sədri Naxçıvanda Estrada Orkestrinin yaradılmasını muxtar respublikamızın mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Dövlət yol polisi xəbərdarlıq edir
- Naxçıvan Musiqili Dram Teatrının binası istifadəyə verilmişdir
- Toxuculuq peşəsi üzrə tədrisə başlanılıb
- İnşa yazı müsabiqəsi
- Şahmat üzrə birincilik
XS
SM
MD
LG