Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:48

Liviya keçmiş kəşfiyyat rəisinin verilməsini tələb edir


Liviya Mavritaniyadan kəşfiyyat xidmıtinin keçmiş rəisi Abdollah Sannusinin verilməsini istəyib.

Liviyadakı müvəqqəti milli şuranın nümayəndəsi bildirib ki, onun verilməsini beynəlxalq cinayət məhkəməsi ilə Fransa hakimiyyətinin də tələb etməsinə baxmayaraq Liviya bu məsələdə daha üstündür.

63 yaşlı Sannusi ötən il Muammar Qaddafinin devrilməsinə az qalmış ölkədən qaçıb.

Şənbə gününə keçən gecə o Mavritaniya hava limanında yaxalanıb.

O Mavritaniyaya Mərakeşdən saxta pasportla gəlirmiş

Qaddafinin yaxın tərəfdaşı olan Sannusi onun bacısının əridir.

O 1989-cu ildə Nigeriya üzərində sərnişin təyyarəsinin vurulmasına görə, Fransada ömürlük həbs cəzasına məhkum edilib.

Mavritaniya bu məsələylə bağlı müstəqil istintaq aparmaq istədiyini bildirsə də onun həbsi barədə rəsmi sübut göstərməyib.
XS
SM
MD
LG