Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:41

Anara həsr edilən dərgi təqdim edildi


Martın 14-də - Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anarın 74 yaşı tamam olduğu gün M. F. Axundov adına Milli Kitabxanada Türkiyədə nəşr olunan “Qardaş qələmlər” dərgisinin ona həsr edilmiş sayının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən kitabxananın direktoru Kərim Tahirov bildirib ki, Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi Anarı 2012-ci ildə “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edib.

Bu il bütün türk dünyasında Anarın əsərləri təbliğ olunacaq. Buna görə də “Qardaş qələmlər” dərgisi özünün yanvar sayını Anara həsr edib.

K. Tahirov Anarın hələ sovet dövründən “Qobustan” jurnalında Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının, türkçülüyün qorunmasındakı xidmətlərini xatırladaraq qeyd edib ki, ölkənin bütöv bir nəsli məhz Anarın əsərləri əsasında formalaşıb.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu isə bildirib ki, Anar həm Azərbaycanın, həm də Türkiyənin ən böyük ziyalılarından və yazıçılarından biridir:

“19 ölkədən 30-dan çox ədəbiyyat dərgisi bu il Anarın əsərlərini təbliğ edəcək. Bizim Anarın əsərlərinin daha da yayılmasına ehtiyacımız var. Onun əsərləri sayəsində türk dünyası bir-birinə daha da yaxınlaşmış olacaq”.
XS
SM
MD
LG