Keçid linkləri

2026, 06 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Cameronla Obama görüşür


Böyük Britaniyanın baş naziri David Cameron və ABŞ prezidenti Barac Obama bu gün Vaşinqtonda görüşəcək.

Danışıqların əsas mövzusu beynəlxalq təhlükəsizlik problemləri, ən əsası Əfqanıstandakı vəziyyət olacaq.

ABŞ və Böyük Britaniya Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin əsas üzvləridir. Bundan başqa İranın nüvə proqramı da müzakirə olunacaq.

Vaşinqtondakı bu günkü danışıqlar NATO sammitinə hazırlığın əsas mərhələsi sayılır. NATO-nun sammiti mayda Çikaqoda keçiriləcək.
XS
SM
MD
LG