Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Yanvar, Cümə, Bakı vaxtı 23:12

Twitter Posterous bloqhostinqini aldı


Arxiv foto
Twitter mikrobloqu bloqhostinq xidməti göstərən Posterous şirkətini alıb. Bu barədə Twitter-in bloqunda məlumat verilib.

Xəbərə görə, Posterous əməkdaşları mikrobloq üçün çalışacaqlar. Müvəqqəti olaraq Posterous öz adıyla fəaliyyətini davam etdirəcək, bloqhostinqdə baş verən dəyişikliklər barədə istifadəçilərə əvvəlcədən xəbərlər veriləcək.

Posterous yaxın zamanlarda mikrobloq üçün yeniliklər edəcəyini də bildirib.

2008-ci ildə yaradılan Posterous çox sadə bloq platformasıdır. Bu xidmətin köməyi ilə elektron poçtla (istifadəçilər foto, musiqi, video və sənədləri bloquna əlavə edə bilər), həmçinin mobil proqramların köməyi ilə yazıları bloqda yerləşdirə bilir.

Posterous-un aylıq auditoriyası 15 milyon nəfər təşkil edir.


AZADLIQRADİOSUNU TWİTTERDƏ İZLƏ...
XS
SM
MD
LG