Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:02

Sosial şəbəkələr «Facebook»a qarşı birləşir


Yaponiyanın Mixi şəbəkəsi ilə Twitter arasında müqavilə imzalanıb.

Frans Press Agentliyinin məlumatına görə, bu iki şirkət Facebook əleyhinə birləşiblər. Yaponiyada internet məkanında üstünlüyü ələ almaq üçün bağlanan müqavilənin şərtlərinə görə Mixi və Twitter qarşılıqlı, reklam və bizneslə məşğul olacaqlar.

Agentlik bildirir ki, 2004-cü ildən fəaliyyət göstərən Mixi 2011-ci ilə qədər Yaponiyanın internet məkanında liderlik mövqeyini qorusa da, bu ilin əvvəlindən öz yerini Facebooka verməyə məcbur olub. Twitter şirkəti isə ABŞ-dan sonra ikinci rəsmi ofisini Yaponiyada açıb. Yaponiyanın Nielson şirkətinin məlumatına görə, təkcə oktyabrda Twitterə Facebookdan 3 milyon çox istifadəçi qoşulub.

Hazırladı: Rəna Allahverdiyeva
XS
SM
MD
LG