Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Prezident cənub rayonlarında...


YAP-ın yerli təşkilatının yeni binası
YAP-ın yerli təşkilatının yeni binası
Prezident İlham Əliyev martın 13-də cənub bölgəsində səfərdə olub. O, ilk öncə Astara rayonuna baş çəkib. Burada mərkəzi meydanda ucalan Heydər Əliyev heykəlinin önünə gül dəstələri qoyub. Yaxınlıqda YAP-ın yerli təşkilatının yeni binasının açılışında olub. Mərkəzi xəstəxananın əsaslı təmir edilməsi ilə tanış olub. Prezident həmin xəstəxananın təmiri üçün 1.5 milyon manat pul ayırmışdı. Sonra o, Olimpiya kompleksin və Kijabə qəsəbə yolunun açılışında iştirak edərək qırmızı lentləri kəsib. Masallıda isə o, Gənclər və rabitə evinin, Ərkivan-Mahmudavar yolunun açılışında iştirak edib. Prezident Masallıdan sonra Salyana yola düşüb. Burada da rayon icra hakimiyyətinin inzibati binasının təməlqoyma mərasimində və s. tədbirlərdə iştirak edib.

ASTARADA PREZİDENTLƏ GÖRÜŞƏ BURAXILIŞ VƏSİQƏSİ...

Astarada prezidentin səfərinə çoxdan hazırlıq işləri gedirdi. Prezidentin qarşısına çıxartmaq üçün adamların siyahılarının hazırlandığı bildirilirdi. Bəzi yerli sakinlərin deməsinə görə, müəyyən edilmiş adamlara xüsusi möhürlü buraxılış vərəqələri paylanmışdı. Onların deməsinə görə, məhz həmin hazırlıqlı şəxslər səhər saatlarında müəyyən olunmuş yerlərə maneəsiz keçə biliblər. Hərçənd rayon icra hakimiyyətindən bunu təsdiq etmirlər. Əsas yollarda isə hər 200-300 metrdən bir polis dayanmışdı. Maşınların hərəkətləri dayandırılmışdı. Prezidentin keçəcəyi ərazilərdə məktəblər bağlanmışdı. Mağazalar işləmirdi.

Astara gömrüyündə də işlər dayandırılmışdı. Geri qayıtmaq istəyən vətəndaşlar Azərbaycanla-İran arasında olan körpünün üstündə
Şanisa Əliyeva
Şanisa Əliyeva
saatlarla gözləməli olublar.

Prezidentlə görüşmək istəyənlər yenə problemlərlə üzləşiblər. Astara rayon sakini, xəstəxananın yardımçı binasında yaşayan, birinci qrup əlil Şanisa Əliyeva deyir ki, prezidentlə görüşmək istəyini qabaqcadan bildirib. Buna görə də səhər saatlarında bir qrup polis işçisi onu yatan yerdə tutub şöbəyə aparıb. O deyir ki, polislər onu təhqir ediblər, təzyiq göstəriblər:

«DÖYƏ-DÖYƏ MƏNİ POLİS ŞÖBƏSİNƏ APARDILAR»

«Döyə-döyə məni apardılar polis şöbəsinə. Prezident gedənə qədər məni orda saxladılar».

Rayon polis şöbəsinin növbətçi hissəsindən isə AzadlıqRadiosuna bildiriblər ki, Astara rayon sakini Şanisa Əliyeva prezidentin keçəcəyi yolda hay-küy salıb. Bu da polislərin diqqətini cəlb edib. Onu ərazidən uzaqlaşdırmaq məcburiyyətində qalıblar. Ancaq növbətçi Şanisa Əliyevanın döyülməsi ilə bağlı dediklərini təkzib edir.

Prezident gedəndən sonra yolları açıblar
Prezident gedəndən sonra yolları açıblar
Astara şəhər sakini Elçin İbrahimli isə deyir ki, Astarada günortaya kimi elan edilməmiş fövqəladə vəziyyət hökm sürüb. Prezident gedəndən sonra yolları açıblar:

«BU, LENT KƏSMƏKDİRSƏ...»

«Bazar, dükan bağlandı. Xəstəxana, idarələr, məktəblər işləmirdi. Aydındır ki, prezident xalqla görüşə gəlməyib. Elə olsaydı, xalqla açıq görüşərdi. Bu, lent kəsməkdirsə, prezident bunu Bakıda da həyata keçirə bilər. Bizi nə üçün incidirlər, başa düşmək olmur».

Masallı rayon sakini, YAP üzvü Məmmədağa Əliyev də prezidentlə görüşməyin mümkün olmadığını deyir:

«Prezidentin qarşısına xüsusi adamları çıxardırlar. Çarəsiz qalmışıq. Bakıya gedirik, bəlkə Prezident Aparatında bir nəfərlə görüşə bildik».
XS
SM
MD
LG