Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:10

Gəncəli aktyorlar 3 metrə yaxın hündürlükdə səməni hazırlayıblar


Gəncə Dövlət Kukla Teatrının aktyor heyəti paytaxtda Novruz şənliklərində 10 böyük Novruz atributları ilə iştirak edəcək.

Bu barədə məlumatı Teatrın direktoru Bayram Fətəliyev verib.

Onun sözlərinə görə, martın 19-da Bakıda təşkil edilən Novruz şənliklərinə Gəncənin Kukla Teatrının 13 nəfərdən ibarət aktyor heyəti də qatılacaq.

Tədbirə 10 böyük bahar simvolu hazırlanır. Onlardan diqqət çəkəni 3 metr hündürlükdə və 3,5 metr diametri olan səmənidir.

Bundan başqa 1,5 metr hündürlükdə yumurta olacaq.Tədbirdə yumurta açılacaq, onun içindən cücə, səməninin içindən isə havaya şarlar uçacaq. Bir neçə metr hündürlükdə keçəl, kukla və bahar qızı simvolları da hazırlanacaq.
XS
SM
MD
LG