Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 06:38

İsrail Qəzzəni bombalayıb, ölənlər var

İsrail hərbi hava qüvvələrinin bazar günü səhər Qəzzə bölməsini bombalaması nəticəsində 2 fələstinli ölüb.

Onlardan biri 12 yaşlı oğlan, digəri isə yaraqlıdır.

İsrailin müdafiə nazirliyi hədəfin raket qurğuları olduğunu və bundan əvvəl Qəzzə bölməsindən İsrailin cənubunun raket atəşin tutulduğunu deyir.

Son 3 gündə İsrailin Qəzzə bölməsini bombalaması nəticəsində 17 fələstinli ölüb.

İsrail cümə günündən ərazisinə 110-dan çox raket atıldığını deyir.
This item is part of
XS
SM
MD
LG