Martın 11-də gecə Sumqayıt şəhərində Müdafiyə Nazirliyinə məxsus N saylı hərbi hissəsin ərazisində istafadəyə yararsız barakda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ümumi sahəsi 450 kv.m olan taxta konstruksiyalardan ibarət barak tipli tikili yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 01:20-də söndürülüb.
Elə həmin gecə Abşeron rayonu, Qobu qəsəbəsindəki hərbi şəhərcikdə də yanğın olub. Şəhərciyin ərazisində istifadəyə yararsız ümumi sahəsi 300 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 05:30-da söndürülüb.