Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Bakı Yol Polisi sürücü qadınlara fransız ətri, gözəllik salonu ilə restorana kupon verib


Bakı Yol Polisi 8 Mart bayramı münasibətilə keçirdiyi aksiya zamanı yol hərəkəti qaydalarını pozan, sənədlərində problem olan qadın sürücülərə gül dəstəsi verib, onları cəzalandırmayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bayram münasibətilə keçirilən reyd zamanı video kameralar vasitəsilə hərəkəti müşayiət olunan 101 qadın sürücü saxlanılıb və onlara gül təqdim olunub.

Həmin qadın sürücülərdən isə nümunəviliyinə görə, yeddisi restorana iki nəfərlik şam yeməyi kuponu, 7-si gözəllik salonuna kupon, 7-si yağdəyişmə mərkəzinə kupon, 7-si isə fransız ətiri ilə mükafatlandırılıb.

Həmin sürücülər avtomobili təmiz olduğu, idarə etdiyi avtomobilin dövlət nömrə nişanı göründüyü, təhlükəsizlik kəmərindən istifadə etdiyi, yolboyu hərəkət qaydalarına riayət etdiyi üçün mükafatlandırılıblar.

Bir xanım sürücüyə isə nümunəvi sürücü kimi həmin mükafatların hamısı təqdim olunub.

Əsədov bildirib ki, həmin xanım sürücü həm də yol hərəkəti qaydaları ilə bağlı polis əməkdaşlarının suallarını düzgün cavablandırdığı üçün bu mükafata layiq görülüb.
Belə bir tədbirin Novruz bayramında da keçiriləcəyini bildirib. /Trend/
XS
SM
MD
LG