Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 16:17

FBİ keçmiş agentini tapana 1 milyon dollar vəd edir


ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FBI) keçmiş agenti Robert A. Levinsonun yeri haqda məlumat verənə və ya geri qayıtmasına yardım edənə 1 milyon dollar mükafat vəd edib. Levinson İranın Kiş adasında 5 il əvvəl yoxa çıxıb.

Levinsonun ailəsi ötən il agentin girov götürənlər tərəfindən çəkilən video görüntülərini yayımlamışdı. 2010-cu ildə ailəyə göndərilən videoda yardım istənilirdi, ancaq heç bir tələb irəli sürülməmişdi.

Levinson pensiyaya çıxandan sonra özəl dedektiv kimi çalışırdı və siqaret mafiyası ilə bağlı araşdırma üçün 2007-ci ildə İrana getmişdi.

***
XS
SM
MD
LG