Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Mikheil Saakashvili Bakıya gəlib


Mikheil Saakashvili
Mikheil Saakashvili
Martın 6-da Gürcüstan prezidenti Mikheil Saakashvilinin Azərbaycana rəsmi səfəri başlayıb.
Rəsmi qarşılanmadan sonra Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından danışılıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib. Bu səfərlərin iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG