Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:10

Baş prokurorun birinci müavini Rafiq Tağının ailəsi ilə görüşüb


Rafiq Tağı
Rafiq Tağı
Bir müddət əvvəl qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailə üzvləri baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşüblər.

Bu barədə yazıçının qardaşı İlqar Tağıyev məlumat verib: «Rüstəm Usubov qaldırdığımız vəsatətlərə düzgün qiymət verilməsi barədə cinayət işini araşdıran müstəntiqə tapşırıqlar verdi. Cinayət işi ilə bağlı yeni vəsatətlər hazırlayırıq. Yaxın vaxtlarda vəkilimiz Elçin Sadıqov istintaqa təqdim edəcək».

Vəkil Elçin Sadıqov isə bildirib ki, R. Tağı barəsində olan ekspertiza rəyi ilə razı deyillər. O, bununla bağlı yeni vəsatət verəcəklərini deyib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə vəfat edib.

Bununla bağlı başlanan cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. /apa/
XS
SM
MD
LG