Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:34

Gəncədə rəsmən 386 işsiz gənc var


Bu barədə Gəncə şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçisi Kəmalə Verdiyeva məlumat verib. Bildirib ki, ötən il ərazində ümumilikdə mərkəzə 996 nəfər müraciət edib ki, onlardan 424-ü qadın, 572 nəfəri isə kişidir. Baş məsləhətçinin sözlərinə görə, müraciət edənlər 386 nəfəri 30 yaşadək olan gənclər təşkil edir.

Kəmalə Verdiyeva onu da bildirir ki, hər il iş üçün müraciət edənlərin sayı artır. Belə ki, 2010-cu ildə 847 nəfər mərkəzə müraciət etsə də ötən il bu rəqəm 996 nəfərə çatıb.

Bu il Gəncə Gənclər paytaxtı elan edilib. Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov deyir ki, bu il ərazində gənclərlə bağlı bir çox layihələr həyata keçiriləcək ki, onların da əksəriyyəti gənclərin iş və məşğulluğuna həsr ediləcək.
XS
SM
MD
LG