Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

ATƏT, Avropa Şurası Rusiyada seçkilərin ədalətsiz keçdiyini deyirlər


ATƏT-in və Avropa Şurasının Rusiyada prezident seçkilərini izləmiş müşahidəçi missiyası bildirib ki, seçkilər ədalətsiz keçib. Seçkilərdə həqiqi rəqabət olmadı.
ATƏT-in seçki monitorinqi missiyasının koordinatoru Tonino Picula mətbuat konfransında deyib:
"Bizim qiymətləndirməyə görə, bu seçkilər ədalətsiz olub, baxmayaraq ki, seçki prosesində bir sıra yeniliklər olub."

Avropa Şurasının müşahidəçi missiyasının rəhbəri Tiny Kox deyib:
"Seçki kampaniyası şəraiti açıq-aşkar bir namizədə yönəlmişdi. Namizədlərin məhdudlaşdırıcı qeydiyyatı sonradan rəqabətə hədd qoydu."

Kox daha sonra deyib ki, bütün namizədlərin mediaya çıxışı olsa da, medianın hadisələri işıqlandırmasında namizədlərdən birinə açıq üstünlük verilirdi.

Picula isə bildirib ki, bu seçkilərin ən böyük problemi odur ki, burda real rəqabət olmadı.
XS
SM
MD
LG