Keçid linkləri

2025, 25 Aprel, Cümə, Bakı vaxtı 05:58

Satışa yeni, sürətli iPad çıxarılır


Yulia Tymoshenko öz məhkəməsində iPaddan istifadə edirdi
Yulia Tymoshenko öz məhkəməsində iPaddan istifadə edirdi
Apple jurnalistlərə e-mail göndərib. Orda yazılıb ki, “sizin mütləq görməyiniz və toxunmağınız lazım gələn real nəyimizsə var”.

“Real nəyimiz” deyəndə Apple yeni, sürətli iPad-ı nəzərdə tutur.
Jurnalistlər isə martın 7-də bu iPad-ın təqdimat mərasiminə dəvət olunur.

Tablet kompüter bazarında birinci yerdə olan Apple dekabr ayında İpad satışını iki dəfə artıraraq 15 milyon 430 minə çatdırdı.
2010-cu ildən - bazara çıxarılandan 55 milyon iPad satılıb.

Yeni IPad-in qiyməti 499 dollardan başlayır.

Səhm bazarında isə Apple-in səhmi 534 dollara qalxıb.
Bu, rekorddur və bununla Apple-in bazar qiyməti ilk dəfə olaraq yarım trilyon dolları keçdi.
XS
SM
MD
LG