Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 19:12

Saakashvili: «Rusiyaya qonşu yox, sözəbaxan vassallar lazımdır»


Arxiv foto
«Gürcüstan Rusiya ilə münasibətlərin yaxşılaşması naminə suverenliyindən əl çəkməyəcək».
Bunu Gürcüstan prezidenti Mikheil Saakashvili müstəqilliyini elan etmiş Cənubi Osetiya sərhəddi yaxınlığındakı hərbi bazada çıxış edərkən deyib.
Saakashvili siyasi rəqiblərindən Rusiya ilə münasibətlərdə mövqelərinə aydınlıq gətirməyi tələb edib.
Çoxları bunun oktyabrda keçiriləcək parlament seçkisində mübarizə aparmaq istəyən milyardçı Bidzina İvanishvili aid olduğunu hesab edirlər.
İvanishvili həm Rusiya, həm də Qərblə xoş münasibətlərin tərəfdarıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG