Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:19

Saakaşvili:" Rusiyaya qonşu yox,sözəbaxan vassallar lazımdır"


Gürcüstan Rusiya ilə münasibətlərin yaxşılaşması naminə suverenliyindən əl çəkməyəcək.

Bunu Gürcüstan prezidenti Mixeil Saakaşvili müstəqilliyini elan etmiş Cənubi Osetiya sərhəddi yaxınlığındakı hərbi bazada çıxış edərkən deyib.

Saakaşvili siyasi rəqiblərindən Rusiya ilə münasibətlərdə mövqelərinə aydınlıq gətirməyi tələb edib.

Çoxları bunun oktyabrda keçiriləcək parlament seçkisində mübarizə aparmaq istəyən milyardçı Bidzina İvanişviliyə aid olduğunu hesab edirlər.

İvanişvili həm Rusiya, həm də Qərblə xoş münasibətlərin tərəfdarıdır.
XS
SM
MD
LG